Şrift:
Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT
30.05.2017 [10:30] - Sağlıq
Müasir uşaqlar və yeniyetmələr açıq havada az olur, asudə vaxtlarını televizor və ya kompüter qarşısında keçirməyə üstünlük verirlər.

Alimlərin fikrinə görə, bu çox təhlükəlidir və həm uşaq vaxtlarında, həm gələcəkdə ciddi görmə problemlərinin inkişafına təkan verə bilər.

Böyük Briyaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, B-spektrdan olan ultrabənövşəyi şüalarının təsiri miopiyanın (yaxınıgörmə) riskini azaldır. Əksinə isə bu şuaların təsirinin az olması miopiya və digər görmə pozulmalarının riskini artırır. Bu xüsusilə uşaqlar və cavan insanlar üçün vacibdir.

Araşdırmalar göstərib ki, uşaq vaxtı açıq havada az vaxt keçirən böyüklər arasında görmə ilə bağlı olan problemlərə daha tez-tez təsadüf edilir.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed