Şrift:
"Ölkəmizə gələn ermənilərlə bağlı xüsusi qayda tətbiq olunmalıdır"
30.05.2017 [10:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
2015 -ci ildə Sarkisyan rejimindən Azərbaycana qaçaraq işğalçı Ermənistanı sərt tənqid edən erməni hüquq müdafiəçisi Van Martirosiyan Azərbaycandan 3 cü ölkəyə keçən kimi Bakıda dediklərinə görə peşmançılıq hisləri keçirdiyini deyib. O, Ermənistan xaıqından üzr istəyib.

Məsələ ilə bağlı Moderator.az - a açıqlama verən millət vəkili Fərəc Quliyev bildirib ki, ölkəmizə qaçıb gələn ermənilərlə bağlı xüsusi qanun tətbiq olunmalıdır:

"Ermənilərin daxilində hər zaman xislət olub. Nə olur-olsun bunlarla ehtiyatlı olmaq lazımdır. Düzdür beynəlxalq konvensiyalar var və biz bu konvensiyaların üzvüyük, amma unutmamalıyıq ki, bu ölkə bizim torpaqlarımızı işğal edərək bütün konvensiyaları və hüququ pozub. Buna görə də ölkəmizə gələn ermənilərlə bağlı xüsusi qayda tətbiq olunmalıdır. Bu insanlara ya cinayət işi açılmalı, ya geri qaytarılmalıdılar, yada ki, 3 cü ölkəyə göndərilənə qədər xüsusi düşərgələrdə rejim altında saxlanmalıdırlar. Çünki biz görürük ki, humanizim prinsiplərini əsas tutan ölkəmizdən ermənilər sui-istifadə etməyə cəhd göstərirlər."
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed