Şrift:
Oruc tutanlar üçün möcüzəvi susuzluq resepti
30.05.2017 [10:39] - Sağlıq
Türkiyəli diyetoloq Eda Ağıllı oruc tutanlar üçün susuzluğu arandan qaldıran xüsusi kokteyl təklif edib.

Mütəxəssisin reseptini təqdim edirik:

E.Ağıllı imsakda yumurta, süd, qatıq kimi zülalla zəngin qidalara, taxıl məhsullarına, badam, fındıq, qoz kimi çərəzlərə, təzə tərəvəz və meyvələrə üstünlük verməyi tövsiyə edib: "Porsiyaları azaldın, qidaları yavaş-yavaş və yaxşı çeynəyərək yeyin. Yağlı, qızartma, bol ədviyyatlı qidalardan çəkinin. Şirniyyat yerinə, südlü, təzə meyvə, dondurma və yoqurt kimi yüngül desertlərə yer verin”.

Susuzluğu aradan qaldıran nənəli kokteyl

Ərzaqlar:

Bir butulka mineral su

1 stəkan adi su

125 qram yağsız qatıq

200 qram nazik doğranmış xiyar

3-4 yarpaq nanə

Hazırlanması:
Su, qatıq, xiyar və nanəni blenderdə qarışdırın. Üzərinə mineral su əlavə edib için. Unutmayın ki, hər gün 2 litrə yaxın su içmək orqanizmin su ehtiyacının ödənilməsi baxımından mühümdür. Odur ki, imsak və iftarda mümkün qədər çoxlu maye qəbul etməyə çalışın.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed