Şrift:
“Traxtur” kulubu üçün növbəti problem: Klubun sahibi Nasir Şəfəq olacaq
30.05.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası yeni problemlə üz-üzə qalıb.

Məlumata görə, İran Futbol Federasiyası Təbriz Klubuna məktub yazaraq Nasir Şəfəqi klubun sahibi kimi təqdim edib. Bununlada klubda yeni böhranın dalğası gözlənilir.

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, Nasir Şəfəq klubla bağlı iddia qaldırdıqdan sonra Futbol Federasiyası və Liqa Təşkilatı sənədləri araşdırıb onun xeyirinə qərar çıxarıblar.

“İran Futbolu Super Liqa Təşkilatı, Futbol Federasiyasının hüquqi məsələlər üzrə məsulunun müraciəti əsasında “Traxtur” klubuna məktub göndərərək yeni qərarla bağlı məlumat verib. Məktubda bildirilib ki, hazırki müdiriyyət bir həftə ərzində Futbol Federasiyasına müraciət edib sənədlərini təqdim edə bilər, əks halda klubun sahibi gələn il super liqa yarışlarında N.Şəfəq olacaq”- deyə məlumatda bildirilib.

“Son vaxtlar İran rejiminin Azərbaycan komandasına qarşı təzyiqləri xüsusi vüsət alıb. Gizli planın arxasında İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri dayanır. Ciddi maliyyə sıxıntısı və yeni oyunçu transferi qadağası ilə üzləşən klub bu dəfə yeni böhranla sınağa çəkilir. N.Şəfəqin kluba sahib olması silsilə problemlərin başlanğıcı olacaq”- deyə “Traxtur” tərəfdarları düşünür.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed