Şrift:
Bəzi məntəqələrdə səslər yenidən sayılacaq – Urmiyədə
30.05.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərində 5-ci Şura Seçkiləri ilə bağlı bəzi məntəqələrdə səslər yenidən sayılacaq.

Bu barədə Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxani məlumat verib.

“Urmiyədə Şura Seçkiləri ilə bağlı şübhə doğuran bəzi sandıqların səsləri yenidən sayılacaq. Səslərin yenidən sayılmasında icra və nəzarət heyətlərinin nümayəndələri iştirak edəcək”- deyə o bildirib.

Urmiyədə keçirilən Şura Seçkilərinin nəticəsinə 32 namizəd etiraz edib.

Səslərin yenidən sayılmasına bu gün başlanılıb, nəticənin sabah elan olunacağı gözlənilir.

Bundan öncə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli Şura seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar təmsil etdiyi şəhərdə bəzi məntəqələrdə səslərin yenidən sayılacağını açıqlamışdır.
Bu xəbər oxucular tərəfindən 241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed