Şrift:
Zəncan Şəhər Şurasına namizədlərdən bir neçəsi seçkilərin nəticəsainə etiraz edib
30.05.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 29-da Zəncan Şəhər Şurasına namizədlərdən bir neçəsi Şəhər İcra Hakimiyətinin binası qarşısına toplaşaraq seçkilərin nəticəsainə etiraz ediblər.

Namizədlər seçkilərin keçirilməsindən 10 gündən çox keçməsinə baxmayaraq səslərin yenidən sayılmasını tələb ediblər.

Namizədlər müxtəlif sandıqlardan çıxan səslərin ayrı-ayrılıqda şəffaf şəkildə açıqlanmadığını iddia edir. Onlardan bəziləri bildirir ki, səyyar sandıqların səsləri müəyyən namizədlər üçün nəzərdə tutulub və bunun seçkilərin nəticəsinə ciddi təsiri olub.

Onlar həmçinin namizədlərin təbliğat bannerlərinin ölçüsü və onların necə aslmasına etiraz edilər.

Səslərin alınıb-satılması, seçkilər günü bəzi namizədlərin xeyirinə olaraq açıq-aşkar təbliğat edilməsi, bir namizədin yerli olmaması və buna baxmayaraq onun qeydiyyata alınması, seçkilərin nəticəsinin gec elan olunması və s. Zəncanda Şəhər Şurası Seçkilərində yol verilən digər qanun pozuntularındandır.

Qeyd edək ki, İranda prezident və şəhər şurası seçkiləri mayın 19-da keçirilib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed