Şrift:
“Təbriz Film” Festivalı keçiriləcək – Təbrizdə
30.05.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur Təbrizdə istedadların yetişdirilməsi və film müəlliflərinin təşviqi məqsədi ilə birinci dəfə olaraq “Təbriz Film” Festivalının keçiriləcəyini bildirib.

O bu barədə festivalın təşkilatçı şurasının keçirdiyi iclasda danışıb.

““Təbriz Film” Festivalının adı digər müxtəlif festivallar, o cümlədən Kann festivalında olduğu kimi şəhərin tarixi və onun filmlə bağlı keçimişilə əlaqədar seçilib. Belə festivalın keçirilməsi bizim üçün birinci təcrübə sayılır və biz bu işdə festivalın təşkilatçı şurası üzvlərinin potensial bacarığına çox güvənirik. “Ev” və “Heyvan” filmləri uğur qazandıqdan sonra Şərqi Azərbaycan film camiəsinin özünə güvəni artıb. Ümid edirəm ki, bu fürsətdən maksimum dərəcədə faydalanacayıq”- deyə o bildirib.

Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi əlavə edib ki, biz bu festivalda öz imkanlarımıza necə arxalanmaq qabliyyətini daha da gücləndirib, yeni istedadların yetişdirilməsində önəmli addımlar atrmalıyıq. “Təbrizin tarixi mövqeyini canlandırmaq, istedadlı insanların yenilik və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək festivalın digər hədəflərindəndir”- deyə M.Məhəmmədpur qeyd edib.

Şərqi Azərbaycan Film Yapımçıları Qurumunun müdiri Əli Əkbər İftixar da keçiriləcək festivalın Təbriz kinoteatrı üçün yaxşı hadisə olacağını qeyd edib. ““Ev” filminin Beynəlxalq Fəcr Film Festivalı və “Heyvan” filminin Beynəlxalq Kann Film Festivalında uğur qazanması və bu istiqamətdə əldə edilən digər nailiyətlər Şərqi Azərbaycan kinoteatrında yeni mərhələnin başladığına işarədir”- deyə o bildirib.

“Təbriz Film” Festivalının müdiri Əmir Murtəzəvi isə keçiriləcək festivalı Təbriz kinoteatrı üçün əhəmiyyətli olduğunu diqqətə çatdıraraq festivalın avqustun 1-dən 4-dək keçiriləcəyini bildirib. Onun sözlərinə görə, festival 3 hissədən ibarət olacaq:

1.Qısa və orta metrajlı filmlər və film posterlərinin müsabiqəsi;

2.Filmlərin araşdırılıb tənqid edilməsi və ekspertlər toplantısının keçirilməsi;

3.özəl hissə;

Xəbər verdiyimiz kimi, yönətməni Əsğər Yusifnəjad olan “Ev” filmi Beynəlxalq Fəcr Film Festivalında birinciliyi əldə edərək festivalın əsas 3 mükafatını qazanıb.

“Ev” filmi Təbrizli bir ailənin ağsaqalının ölməsi mövzusu haqda ssenaridi. Bir kişi dünyasını dəyişir. Ölməmişdən əvvəl onun meyitinin Universitetin tibbi araşdırmalarına verilməsini vəsiyyət etsədə onun qızı bununla razılaşmır. “Ev” filmi öz sujet xətti və peşəkar çəkilişi ilə bütün festival iştirakçılarının heyrətlənməsinə səbəb olmuşdur.

Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi isə Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb.

“Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed