Şrift:
Əsəd rejiminə bağlı qüvvələr Türkmən dağına hücum edib
30.05.2017 [10:46] - Türk dünyası-Turan, Hərb
«Əsəd rejiminə bağlı qüvvələr Türkmən dağına hücum edib, hücuma müxaliflər də cavab veriblər».


Suriyada Bəşər Əsəd rejiminə aid birliklər, axşam saatlarından etibarən Türkmən dağında müxaliflərin nəzarətindəki kəndlərə raket zərbələri endirib.


HÜCUMA MÜXALİFLƏR DƏ CAVAB VERDİ


Yerli mənbələrdən alınan məlumata görə, Sərraf, Kələz, Sallur kəndləriylə Tüffahiyə təpəsinin hədəf alındığı hücumlara, müxaliflər də cavab verib.


REJİM ƏSGƏRLƏRİNDƏN ÖLƏN VƏ YARALANANLAR VAR


Qısa müddətli qarşıdurmada, müxaliflər rejim qüvvələrinə aid bir hərbi maşını vurub. Güman edilir ki, hərbi maşında olan rejim əsgərlərindən ölən və yaralananlar var.

Bölgədəki qarşıdurma səsləri Türkiyənin Suriya sərhədindəki Yayladağı mahalından da eşidilib.


R.X
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed