Şrift:
Urmu gölünün canlandırılması iddiası doğru deyil – Azərbaycanlı millət vəkili
30.05.2017 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dövlətin Urmu gölünün canlandırılması ilə bağlı yalan iddiaları Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipuru etiraza vadar edib.

Bu barədə “Fars News”a danışan millət vəkili, Həsən Ruhani hakimiyyətini yaydığı yalan şayiələrə görə tənqid edib.
“Məntəqə Su İdarəsinin açıqladığı məlumata əsasən Urmu gölündə su azalıb. Hökumət bu barədə həqiqi sənədləri gizlədir və yalan məlumat yayır. Əslin belə iddialar ictimai şüura təhqirdir. Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır”- deyə o bildirib.

N.Qazipr bundan öncə də Urmu Gölünü Canlandırma Mərkəzinin fəaliyyətini sərt tənqid edərək onu qeyri-şəffaflıqda ittiham etmişdir. “Biz Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-şəffaf fəaliyyətindən narazıyıq. Mərkəz büdcə vəsaitini harada xərclədiyini dəqiq olaraq açıqlamalı və bu barədə şəffaflıq təmin olunmalıdır”- deyə o bildirmişdir.

Mayın 10-da Urmu gölünün son durumu ilə bağlı açıqlanan məlumata əsasən, göldə suyun səviyyəsinin tarazlığı 1270.99 metr olub. Bu, orta hesabla uzunmüddətli su səviyyəsinin tarazlığı yəni 1274.67 metr ilə müqayisədə 3 metr 70 santimetr, ötən il mayın 10-u ilə müqayisədə 11 santimetr azalma göstərir.

Urmu gölünün canlandırılması iddiası doğru deyil – Azərbaycanlı millət vəkili

Urmu gölünün canlandırılması iddiası doğru deyil – Azərbaycanlı millət vəkili

Yuxarıda göstərilən statistik məlumat və azərbaycanlı millət vəkilinin açıqlaması Həsən Ruhani hakimiyyətinin Urmu gölünün canlandırılması ilə bağlı iddialarının yalan olduğunu sübut edir.

N.S
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed