Şrift:
Kriştianu Ronaldu dünyanın ən populyar idmançısı sayılıb - SİYAHI
31.05.2017 [10:42] - İdman
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur insanı sayılıb. ESPN-in apardığı araşdırma nəticəsində portuqaliyalı hücumçu basketbolçu Lebron Ceyms və "Barselona"nın forvardı Lionel Messini üstələyib.
İdmançıların populyarlığı xüsusi formulla müəyyənləşdirilib. Bu zaman gəlirlər, sosial şəbəkələrə təsir və "Google" axtarış sistemindəki sorğular nəzərə alınıb. İlk 100-lükdə hamıdan çox - 38 nəfər futbolu təmsil edir. Onların 1/3-i isə İngiltərə Premyer Liqasındandır.
Dünyanın ən populyar idmançıları (ilk 10-luq):
1. Kriştianu Ronaldu (futbol)
2. Lebron Ceyms (basketbol)
3. Lionel Messi (futbol)
4. Roje Federer (tennis)
5. Fil Mikelson (qolf)
6. Neymar (futbol)
7. Useyn Bolt (atletika)
8. Kevin Dürant (basketbol)
9. Rafael Nadal (tennis)
10. Tayger Vuds (qolf)
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed