Şrift:
Suriyada 100-dən çox dinc sakin beynəlxalq koalisiyanın endirdiyi zərbələrin qurbanı olub
31.05.2017 [11:04] - Hərb
Son günlər beynəlxalq koalisiyanın Suriyanın Rakka və Deyr-ez-Zor şəhərlərində İŞİD-lə mübarizəsi nəticəsində 100-dən çox dinc sakin həlak olub.
Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O Brayen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Təkcə ötən həftə su növbəsinə dayanmış 30 qadın və uşaq Deyr-ez-Zor ərazisində İŞİD-in hücumu zamanı ağır xəsarət alıb. Əlavə olaraq, 100-dən çox dinc sakin Rakkanın şimal-şərqində və Deyr-ez-Zorda İŞİD-in qüvvələrinə endirilmiş zərbələrin qurbanı olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır" – deyə O Brayen bildirib.
Son günlər İŞİD terror qruplaşmasının Deyr-ez-Zorun yaşayış məntəqələrini minaatanlardan atəşə tutduğu xəbər verilir. Suriyanın milli xəbər agentliyi "SANA" ötən həftə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Deyr-ez-Zorun Əl-Məyadin şəhərinə hava zərbəsi endirməsi barədə məlumat yayıb. Zərbə nəticəsində daha 35 dinc sakin həlak olub.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed