Şrift:
Kürdəmirdə dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib
31.05.2017 [11:09] - İslam dini
Kürdəmir Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmirdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sultan Zeynalov və şöbənin digər əməkdaşları, eləcə də təhsil işçiləri, din xadimləri, şagirdlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sultan Zeynalov çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. O qeyd edib ki, gənc və orta nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur. Dini radikalizmin fəsadlarından da danışan Sultan Zeynalov radikal dini qrupların fəaliyyətinin qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.
Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nizami Abbasov və Asif Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və rayon ağsaqqallarından Ağasəlim Nağıyev dini radikalizm və ekstremizm, narkomaniya və onun fəsadları, xüsusilə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed