Şrift:
Rusiya donanması İŞİD mövqelərinə raket zərbələri endirib
31.05.2017 [11:25] - Hərb
Rusiyanın Aralıq dənizində yerləşən hərbi donanması Suriyada İŞİD mövqelərinə raket zərbələri endirib.

“Admiral Essen” freqatı və “Krasnodar” sualtı qayığı terrorçuların Palmira yaxınlığındakı mövqelərinə 4 raket buraxıb. Rakkadan gətirilən hərbi texnika və canlı qüvvənin vurulduğu bildirilir. Raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.

Xatırladaq ki, prezident Putin Suriyadakı addımlarının məqsədinin terrorçuların Rusiya ərazisinə qayıtmasına imkan verməmək olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed