Şrift:
Venesueladakı aksiyalarda ölənlərin sayı 69-a çatıb
31.05.2017 [11:45] - Hadisə
Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb. Bu barədə "Venesuelanın cinayət forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero bildirib.
Romeronun verdiyi məlumata görə, 49 nəfər birbaşa aksiyalar zamanı öldürülüb, qalanları isə müxtəlif insidentlər, bədbəxt hadisələr və soyğunçuluq nəticəsində həlak olub.
Ölkənin baş prokuroru Luis Oreqo Diasın yaydığı rəsmi məlumatda isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu bildirilir. Lakin yerli mətbuat ölənlərin sayının 60-dan çox olduğunu yazır.
Venesuelada kütləvi etiraz aksiyaları aprelin əvvəllərindən keçirillir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətini məhdudlaşdırması olub. Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin vəzifədən uzaqlaşdırılmalarını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed