Şrift:
İran rəsmilərindən Lhotse zirvəsini fəth edən azərbaycanlı dağçıya hörmətsizlik
31.05.2017 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini fəth edən güney azərbaycanlı dağçı Əzim Qeyçisaz İrana dönərkən rejimin soyuq münasibəti ilə qarşılaşıb.

İdmançı mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmayıb, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməyib. Belə münasibət keçmişdə də azərbaycanlı idmançılara qarşı dəfələrlə nümayiş etdirilib.

Buna baxmayaraq bir çox tanınmışı azərbaycanlı və idmansevər gənclər böyük uğurlara imza atmış Əzim Qeyçisazı qarşılamaq üçün hava limanına gedib, onu alqışlarla qarşılayıblar.

Məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya dağçılıq səkkiz minliklər klubuna qoşulmağı bacarıb. O 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, dağçı bunun üçün 9 il hazırlaşıb.

Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı dağçı olub.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed