Şrift:
Həbib Sasaniyan ETTELAAT İdarəsinin yalan ittihamlarına etiraz olaraq məhkəmə iclasına qatılmaqdan imtina edib
01.06.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində hakim Bairpurun sədrliyi ilə azərbaycanlı fəallardan 5-nin məhkəmə iclası keçirilib.

İsmail Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunis Rəhimi və Babək Avənd təyin edilmiş vaxtda məhkəməyə müraciət ediblər, onların müdafiəsi üçün yalnız bir vəkil məhkəməyə gəlib.

Fəallar 4 saat gözlədikdən sonra dosyeləri təkmilləşdirilmədiyi səbəbindən məhkəmə iclasının iyunun 19-na təxirə salındığı bildirilib.

Həbib Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina edib. O aprelin 18-də də dosyesinin bəzi sənədlərinin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.

Qanunsuz qrup yaratmaq ittihamı ilə mühakimə olunan fəallar, özlərinə qarşı irəli sürülən ittihamı rədd edirlər. Onlar Azərbaycan-Ermənistan münaqişəsi və erməni cinayətləri ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və uzun müddət ağır işgəncələr altında təknəfərlik məhbəslərdə saxlanılıblar.

Bir ildən çoxdur Təbrizin mərkəzi zindanında müvəqqəti saxlanılan Həbib Sasaniyan müxtəlif xəstəliklərdən əziyyət çəkir, o cismi baxımdan ağır vəziyyətdədir.

Təbrizin İnqilab Məhkəməsi fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq üçün onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

Adlarını çəkdiyimiz fəallar 2016-cı il mayın 15-də Ərdəbildə saxlanılıb. Həbib Sasaniyan o zamandan müvəqqəti saxlanma qərarı ilə qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed