Şrift:
Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib
02.06.2017 [10:12] - Gündəm
Prezident İlham Əliyev Kamal Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, ADU-da rektor əvəzi vəzifəsini Əfqan Abdullayev tuturdu.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed