Şrift:
Bakıda qadın voleybolçular arasında dünya çempionatının növbəti seçmə oyunları keçirilib
02.06.2017 [10:16] - İdman
Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda bu gün III turun görüşləri keçirilib. Azərbaycan milli komandası Danimarka ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Faiq Qarayevin baş məşqçi olduğu komanda oyun ərzində elə də çətinlik yaşamayıb. İlk seti 13 top fərqli üstünlüklə tamamlayan təşkilatçı komanda sonrakı 2 seti eyni hesabla başa vurub.
Ardıcıl 3-cü qələbə sayəsində Azərbaycan millisi xallarını 9-a çatdıraraq, liderliyini davam etdirib. Hər 3 görüşünü uduzan Danimarka isə ilk 2 pillədən birini tutma şanslarını itirib.
Hollandiya yığması İsraili 3:1 hesabı ilə yenərək, Azərbaycanla şərikli liderə çevrilib. Günün açılış oyununda isə Ukrayna Norveçi eyni hesabla yenib.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
III tur
15:00. Norveç - Ukrayna - 1:3 (21:25, 25:22, 14:25, 17:25)
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)
17:30. Azərbaycan - Danimarka - 3:0 (25:12, 25:14, 25:14)
Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)
20:00. İsrail - Hollandiya - 1:3 (19:25, 11:25, 25:22, 15:25)
Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan və Hollandiya hərəyə 9 xalla turnir cədvəlinə başçılıq edir. Ukrayna 6 xalla 3-cü, İsrail 3 xalla 4-cü pillədə qərarlaşıb. Xalı olmayan Norveç və Danimarka isə 5-6-cı yerləri bölüşür. İyunun 2-də IV turun Danimarka - Norveç, İsrail - Azərbaycan və Hollandiya - Ukrayna görüşləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed