Şrift:
PKK terror təşkilatı Türkiyədə hərbi vertolyot qəzasına görə məsuliyyəti üzərinə götürüb
03.06.2017 [10:22] - Gündəm, Hərb
PKK terror təşkilatı mayın 31-də Türkiyəni Şırnak vilayətində hərbi vertolyotun qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürüb.
Bu barədə "Agence France-Presse" xəbər yayıb.
Türkiyə Ordusu Baş Qərargahının məlumatına görə, "Cougar" vertolyotu Şenoba şəhərindən səmaya qalxıb və 3 dəqiqə sonra elektrik xəttinə toxunaraq qəzaya uğrayıb. İnsident nəticəsində 13 hərbçi həlak olub.
Xatırladaq ki, PKK təşkilatı 1984-cü ildən Türkiyədə terror aktları, hücumlar təşkil edir. Terrorçuların müxtəlif əməliyyatları nəticəsində 40 mindən çox insan həlak olub. 2015-ci ilin iyulunda terrorçular Türkiyənin ayrı-ayrı vilayətlərinə hücumlarını yeniləyiblər. Nəticədə minlərlə türk hərbçisi, habelə 1000-ə qədər dinc sakin həlak olub.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed