Şrift:
Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçinin payı artırılacaq
03.06.2017 [10:43] - Sosial
Bu il Azərbaycanda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.
Bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.
Plana əsasən, məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçi ilə işəgötürən arasında nisbətlərə yenidən baxılması, işəgötürənin payının bu nisbətdə mərhələlərlə azaldılması və işçinin payının artırılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed