Şrift:
Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir
03.06.2017 [11:15] - Sağlıq
Kanadalı tədqiqatçılar müəyyən ediblər ki, dəhşətli yuxular görmək baş beyində gedən degenerativ proseslərin xəbərçisidir.

Bu barədə eksperimentlərin nəticələrini Toronto Universitetinin əməkdaşı Con Piver, Monrealda keçirilən neyrobioloqların konfransında açıqlayıb.

Neyrofizioloqun fikrincə, tez yuxuya getmə mərhələsinin pozulması ağır və dəhşətli yuxuların görülməsi ilə nəticələnir. Beyin neyronlarında yuxunun pozulması ilə nəticələnən proseslər ona gətirib çıxarır ki, insan yuxuda təkcə tamamilə real təsvirləri görmür, həm də qışqırır, dalaşır, əzələ spazmı, qıcolma, hətta çarpayıdan yıxılma kimi hallar baş verir.

Kanadalı tədqiqatçı bununla bağlı siçanlar üzərində eksperiment aparıb. Universitetin saytında yayımlanan eksperimentdən də göründüyü kimi, beyin xəstəliklərinin inkişafına maksimal dərəcədə dəqiqliklə şərait yaradan xüsusi preparat yeridiləndən sonra, təcrübə gəmiricisində yuxunun pozulması və narahatlıqlar baş verir.

Hələlik gecələr baş verən dəhşətlərin beyin xəstəlikləri ilə bağlı olmasının dəqiq diaqnostikasını aparmaq mümkün deyil. Həm də hansı beyin xəstəliyinin yuxularda necə inikas doğurduğunu demək də çətindir. Bu, xüsusi geniş tədqiqatlar tələb edən məsələdir.

Lakin gələcək tədqiqatlarda kanadalı neyrofizioloqlar bu məsələyə başqa prizmalardan yanaşmağa çalışacaqlar və insanlarda beynin ağır degenerativ xəstəlikləri ilə bağlı xəbərdarlıqla çıxış edəcəklər. Buna qədər isə potensial xəstələri yuxu zamanı nəzarətə götürərək müşahidə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed