Şrift:
Urmu gölündə suyun səviyyəsi aşağı düşüb
05.06.2017 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir çox hökumət rəsmilərinin yalan iddiasına rəğmən Urmu gölündə suyun səviyyəsi aşağı düşüb.

Bununla bağlı Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi Fərhad Sərxoş “İsna” xəbər agentliyinə açıqlama verib.

“Hazırda Urmu gölündə su səviyyəsi tarazlığı1270.93 metrdir. Bu, ötən illə müqayisədə su səviyyəsinin aşağı düşdüyünü göstərir. Lakin nigaranlığa heç bir səbəb yoxdur. Ona görə ki, bu il ötən illə müqayisədə yağıntılar 20 faiz azalıb və bu, gölün su səviyyəsinə öz təsirini göstərib. Biz 10 illik proqram əsasında hərəkət edirik. Düşçünürəm ki, büdcə vəsaiti vaxtında təmin olunacaq və Urmu gölü yenidən bərpa ediləcək”- deyə o vurğulayıb.

Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Ofisinin müdiri əlavə edib ki, “ötən il payızın ilk ayında göldə vəziyyətin sabitləşdirmək mərhələsi sona çatdı və artıq canlandırma prosesi gedir. Hazırda proqram əsasında hərəkət edirik və ekoloji tazarlığa çatmaq üçün lazımi işlər görülür.”

Urmu gölünün son vəziyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu açıqlamaların əksəriyyətinin həqiqəti əks etdirmədiyi qısa müddətdə üzə çıxır. Bir neçə gün öncə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur hökuməti Urmu gölü ilə bağlı yalan şayiələr yaymaqda ittiham etmişdir.

Urmu gölündə suyun səviyyəsi aşağı düşüb

Urmu gölündə suyun səviyyəsi aşağı düşüb

Sosial şəbəkələrdə isə son günlərdə Urmu gölü ətrafında duz fırtınalarının başladığını göstərən müxtəlif görüntülər yayılıb. Baharın ikinci ayından başlayan duz fırtınaları göldə vəziyyətin heç də müsbətə doğru dəyişmədiyinə işarədir.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed