Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda 10 binanın sakinləri ilə məhəlli görüş keçirilib
05.06.2017 [12:31] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi olaraq məhəlli görüşlər keçirilir.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə məhəlli görüşlərdən biri də Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində 2, 4, 6, 8, 10, 117A, 117B, 117V, 119 və 125 saylı binaların sakinləri ilə keçirilib. H.Ələkbərov bildirib ki, məhəlli görüşdə sakinlərin problemləri dinlənilib, ərazilərlə bağlı edilən şikayətlərə yerində baxış keçirilib və sonda milli maraqların qorunmasında separatçı və bölücü qüvvələrə uymamağın və dövlətçilik ətrafında sıx birləşmənin vacibliyi ilə bağlı söhbətlər aparılıb.
Sakinlərin müraciətləri deputatın köməkçisi tərəfindən qeydə alınıb.
Sakinlər isə öz növbələrində göstərilən diqqətə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumata görə, görüşdə edilmiş müraciətlərlə bağlı millət vəkili Fərəc Quliyev tərəfindən sorğular göndərilərək, hər bir müraciətin həlli üçün aidiyyatı təşkilatlar qarşısında məsələlər qaldırmışdır.

Davam.az
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed