Şrift:
Bakıda azyaşlı uşaq transformatora girərək yanıb
06.06.2017 [09:55] - Hadisə
Bakıda azyaşlı uşağın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib.
İnsident Xəzər rayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Abbasova Aysu Taleh qızı həmyaşıdları ilə futbol oynayarkən, top yaxınlıqdakı transformatorun yanına düşüb. A.Abbasova topu axtararkən transformatorun içərisinə daxil olub. Bu zaman uşaq ehtiyatsızlıqdan açıq elektrik naqillərinə toxunub. Nəticədə A.Abbasovanı cərəyan vuraraq yandırıb. Ağır xəsarət alan uşaq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, uşaq Bakıya Sabirabad rayonundan ailəsi ilə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed