Şrift:
Çində dünyanın ən sürətli lifti istifadəyə verilib
06.06.2017 [10:00] - Gündəm
Yaponiyanın "Hitachi" şirkəti Çinin cənubunda yerləşən Quançjou şəhərində dünyanın ən sürətli liftini istifadəyə verib.
Lift "CTF Finance Centre" maliyyə mərkəzinin binasında yerləşir.
Sınaqlar zamanı sübut olunub ki, lift 530 metr məsafəni (binanın damına qədər) 25 saniyəyə qət edir. Qurğu saatda 75,6 kilometr sürət yığır.
Liftin aşağı düşmə sürəti qalxma sürətindən iki dəfə az - 36 km/saat olacaq. Lift ən yüksək mərtəbədən 1-ci mərtəbəyə 1 dəqiqəyə çatacaq.
Qeyd edək ki, buna qədər lift sürəti baxımından rekord Çində "Shanghai Tower" binasında yerləşən qurğuda olub. O, 69 km/saat sürət yığır. Ən sürətli üçüncü lift 61 km/saat sürətə malik Tayvandakı qurğudur.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed