Şrift:
Baş nazir: "Azərbaycan qazı Bolqarıstanın maraq dairəsindədir"
06.06.2017 [10:02] - Siyasət
Bolqarıstan "Balkan" qazpaylayıcı mərkəzi tikməklə Rusiyadan qaz almağı planlaşdırır.

Bunu Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

"Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Avropa qaz habı üçün biz bir neçə mənbədən qaz almağı planlaşdırırıq. Biz Qara dənizdə yerləşən "Xan Asparux", "Qalata" və "Teres" yataqlarından hasil olunan, Yunanıstandan interkonnektor vasitəsilə nəql olunacaq təbii qaza maraq göstəririk. Bununla yanaşı, Azərbaycan və Rusiya qazı da maraq dairəmizdədir. Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk - sazişlər imzalayırıq və "qaz səbətimiz"i doldururuq, qazpaylayıcı sistemimizi genişləndiririk. Bu proseslər Avropa İttifaqının tələblərinə uyğun şəkildə həyata keçirilir", - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, yeni qaz axını Bolqarıstandan yan keçərsə, bu ölkə qaz tranzitini təmin edən ölkədən "qaz almağa məcbur olan müştəriyə çevrilə bilər". "Bu cür ssenarinin baş verməməsi üçün biz "Qazprom" şirkəti ilə 15,7 mlrd. kubmetr həcmində qazın nəqli üçün "yol xəritəsi"ni imzaladıq", - deyə B.Borisov qeyd edib.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed