Şrift:
Quranda adı çəkilən meyvənin 10 İNANILMAZ FAYDASI
06.06.2017 [10:06] - Sağlıq
Adı müqəddəs Quranda dəfələrlə çəkilən xurma olduqca faydalı, dietik və müalicəvi məhsuldur.

Xurmanın kimyəvi tərkibi çox zəngindir. Burada müxtəlif vitaminlər (B qrupu, A, C), minerallar (ən əsas 15 mineral - kalium, kalsium, fosfor, mis, sink, maqnezium, dəmir və s.), həll olunmayan qidalı liflər, aminturşuları, pektinlər və s. Tərkibində eyni zamanda bu qədər əvəzolunmaz maddə olan az məhsul tapmaq olar.

Qədim zamanlardan xurmaya tək meyvə kimi deyil, möcüzəli məhsul, şəfa mənbəyi kimi baxırdılar. Müasir elmi araşdırmalar xurmanın geniş müalicəvi və profilaktik xüsusiyyətlərini təsdiq edir.

1. Xurma ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsini möhkəmləndirir, damarların sağlamlığını qoruyur, damarlada trombların əmələ gəlmə riskini azaldır.

2. Xurma qanazlığı zamanı kömək edir, qanın tərkibini yaxşılaşdırır.

3. Xurma beyinin fəaliyyətini yaxşılaşdırır.

4. Yorğunluğu azaldır, insanı daha gümrah edir, əmək qabiliyyətini artırır.

5. Sümüklər və dişlər üçün çox faydalıdır.

6. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

7. Kişi sağlamlığına müsbət təsir edir.

8. Doğuşu asanlaşdırır.

9. Xərçəng əleyhinə təsirə malikdir.

10. Görməni yaxşılaşdırır.

Sağlamlığını qorumaq istəyən insan hər gün 1 ovuc (5-6) xurma yeməlidir.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed