Şrift:
İnam Atanın (Asif Atanın) cismani ölümündən 20 il ötdü.
06.06.2017 [19:55] - Gündəm, Bildiriş
Mütləqə İnam Təliminin Yaradıcısı İnam Atanın (Asif Atanın) cismani ölümündən 20 il ötdü. Hər il olduğu kimi bu il də (5 Közərti 39-il – 5 İyun 2017), Ocaq Evladları və İnamçılar Ağıstafa şəhər sonevliyində olublar, orada “Ata Sonevini Ağırlama” İçuyumu keçiriblər. Ağırlama İçuyumda (Ziyarət Mərasimində) Ocağın Ruhsal Başçısı Safruh “Adınla İnam gəlir” mövzusunda icsəs söyləyib. Atanın cismani yoxluğunun son 20 ilindəki Ocaq fəaliyyətinə diqqət çəkib, Ocağın uğurları, bunların nədə olduğunu vurğulayıb.“İnsaniliyin taleyi təhlükədədir” qayğısı yörəsində fikirlər söyləyib – Təhlükəni önləmək üçün Ocaqdayıq! – harayını çəkib.
Ocaqçılardan Uluruh, Elsaf, İnamyurd; İnamçılar Nəbi-Halal, Davud Sədoğlu əsas mövzu ətrafındab söz deyiblər.
Daha sonra Ocaqçılar (İnamyurd, Elsaf və Uluruh) Təhsil şöbəsində və Ağstafa mərkəzi kitabxanasında olublar. Təhsil şöbəsinə “İnamın Gəlişi” qəzetinin saylarından, Kitabxanaya isə həm qəzetin saylarından, həm də Atanın “Mütləqə İnam”, “Mütləqləşmək – Var olmaq”, “Fəlsəfənin Təməli” Bitiqləri, “Uluyurd Aqibəti – Bötöv Aczərbaycan” kitabı və Nurayaz İnamsoyun tərtib etdiyi “Safruhun Nurayazı” kitabı hədiyyə edilib.

Uluruh Atalı

Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed