Şrift:
Muzeydə “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun ilk məşğələsi
08.06.2017 [10:50] - Mədəniyyət
Tarixi Muzeyində Muzeyin "Gənc muzeyşünaslar və muzeysevərlər" klubunun üzvləri üçün ilk məşğələ keçirilib.

Muzeydən bildirilib ki, məşğələdə muzeyin Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən "Milli Azərbaycan Tarixi Muzeyi binasının memarlıq üslubu" adlı mühazirə oxunub.

Binanın həm xarici, həm də daxili memarlığını əks etdirən fotoşəkillərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə binanın memarlıq üslubu haqqında ətraflı məlumat verilib. Sonda dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Xatırladaq ki, maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyan "Gənc muzeyşünaslar və muzeysevərlər" klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılıb. Klubun rəhbəri Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed