Şrift:
Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"
09.06.2017 [11:04] - Gündəm, Sağlıq
"Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır".
Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir".
F.Quliyev bildirib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb: "Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir".
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed