Şrift:
“Traxtur” klubu oyunçu cəlb etmək şansı yoxdur, sadəcə ötən müvsümdəki oyunçularla…
09.06.2017 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Təbrizin “Traxtur” Futbol klubu bir çox çətin sınaqlarla üz-üzə qoyulub.

Bundan öncə bildirilirdi ki, FİFA-nın oyunçu transferi qadağası ilə üzləşən Azərbaycan klubu növbəti super liqa yarışlarında 4-cü həftədən sonra 3 sərbəst oyunçu cəlb edə bilər. Lakin Futbol Federasiyasının oyunçuların vəziyyətinin təyin edilməsi üzrə komitə rəisi Ruzbeh Vesuq Əhmədinin verdiyi açıqlamadan sonra bunun qeyri-mümkün olduğu məlum olub.

“Bu barədə Futbol Federasiyası FİFA ilə rəsmi əlaqə saxlayıb. Aldığımız cavaba görə, “Traxtur” klubu sözügedən 3 sərbəst oyunçunu cəlb edə bilməyəcək”- deyə o “Təsnim” xəbər agentliyinə bildirib.

Bu açıqlamadan sonra məlum olub ki, “Traxtur” klubunun ötən mövsümdəki oyunçularla müqaviləni uzatmaqdan başqa heç bir şansı yoxdur və 17-ci super liqa yarışlarına sadəcə bu şərtlərlə qoşula bilər.”

Qeyd edək ki, Güney Azərbaycanın dünyaya tanıtdırılması, onun İran tərəfindən tanınmayan milli və demkratik hüquqlarının gündəmə gətirilməsi baxımından böyük əhəmiyyət kəsb edən Traxtur klubu, İran rejimi tərəfindən müxtəlif üsullarla zəiflədilir. Gizli planın arxasında İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) olduğu bildirilir. Artıq Azərbaycan klubu ciddi maliyyə sıxıntısı və yeni oyunçu transferi qadağası ilə üzləşib. Hadisələr komanda tərəfdarlarının xüsusi nigaranlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed