Şrift:
İraq Kürdistan Muxtariyyatı müstəqillik üçün referendum keçirəcək
09.06.2017 [11:12] - Gündəm, Siyasət
«İraqlı kürdlər bu ilin 25 Sentyabr 2017-ci il tarixində müstəqillik üçün referenduma gedir».

İraq Kürdistan Muxtariyyatının başçısı Məsud Bərzani, Ərbilin Səlahəddin qəsəbəsində, kürd bölgəsindəki siyasi partiyaların nümayəndələriylə bir araya gəldiyi yığıncağın ardından referendum tarixini rəsmi twitter hesabından elan edib. Referendum üçün Ərbil, Duhok, və Süleymaniyyə vilayətlərində seçki məntəqələri qurulacaq.

Lakin Bərzaninin muşaviri Hemin Havrami, twitter paylaşmında referendum keçiriləcək bölgələr arasında Kərkük şəhəri ilə Kanakin, Sincar və Mahmur bölgələrini də sayıb.

İraqda iqtidardakı Şiə İttifaqının lideri Əmmar Əl Hakim isə ötən ay Kürdistandakı müstəqillik referendumuna icazə verməyəcəklərini, kürd rəhbərliyini xüsusilə Kərkük mövzusundakı suverenlik iddiaları mövzusunda xəbərdar etmişdi.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed