Şrift:
Kipr üzrə növbəti beynəlxalq konfransın tarixi açıqlanıb
10.06.2017 [11:40] - Gündəm, Siyasət
Kipr üzrə növbəti beynəlxalq konfrans iyunun 28-də keçiriləcək.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
O qeyd edib ki, danışıqların yeni mərhələsi BMT baş katibinin himayəsi altında keçiriləcək. Danışıqlarda Kipr prezidenti Nikos Anastasiadis və Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı, həmçinin müşahidəçi qismində Avropa İttifaqının nümayəndəsi iştirak edəcək.
Təminatçı ölkələr qismində yenə Böyük Britaniya, Yunanıstan və Türkiyə çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed