Şrift:
Azərbaycan bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 97 milyon dollar yatırıb
10.06.2017 [11:44] - Gündəm, İqtisadiyyat
Cari ilin birinci rübündə Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycan olub. Azərbaycan Gürcüstana 97 milyon dollar sərmayə yatırıb, bu da, ümumi sərmayələrin 24 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Qeorqi Qaxariya ölkənin investisiya mühiti və investorların hüquqlarının qorunması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, xarici investisiyalara görə 82 milyon dollarla Türkiyə ikinci, 80 milyon dollarla Böyük Britaniya üçüncü yerdədir.

Nazir bildirib ki, Gürcüstan Cənubi Qafqaz regionunda xarici sərmayələrin artdığı yeganə ölkədir. Bu il investisiyaların həcmi 4 faiz artıb, amma, bizim məqsədimiz xarici investisiyaların həcmini əsaslı surətdə artırmaqdır.

O deyib ki, 2017-ci ilin birinci rübündə xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 403 milyon dollar təşkil edib.

Hesabat dövründə ən çox sərmayə nəqliyyat, rabitə, daşınmaz əmlak və bank-maliyyə sahəsinə yatırılıb.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed