Şrift:
Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib
14.10.2011 [16:48] - Mədəniyyət
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib. AYB-dən verilən məlumata görə, bu barədə qərar Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransında qəbul olunub.

Mükafat ötən il təsis edilib. Bu mötəbər mükafata Anarın namizədliyini Türkiyə tərəfi irəli sürüb. Qaydalara əsasən konfransda iştirak edən ölkə öz təmsilçisinin namizədliyini irəli sürə bilməz. Mükafat TDƏDK-nin gələn il Astanada keçiriləcək beşinci konfransında sahibinə təqdim olunacaq.

Qeyd edək ki, 11-14 oktyabrda keçirilən konfransda türk cümhuriyyətlərində və toplumlarında ədəbiyyat dərgilərinin durumu, yaradıcılıq münasibətləri və imkanları müzakirə edilib. TÜRKSOY, TİKA, Avrasiya Yazarlar Birliyi və Şimali Kipr Yaxın Doğu Universitetinin təşkil etdiyi konfransda Azərbaycanı “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktorları Elçin Hüseynbəyli və İntiqam Qasımzadə təmsil edib.
Bu xəbər oxucular tərəfindən 1583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed