Şrift:
Türkiyə Böyük Millət Məclisində “Traxtur” və Güney Azərbaycandan bəhs edildi
10.06.2017 [12:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Millət vəkillərindən biri Türkiyə Böyük Millət Məclisində (TBMM) Güney Azərbaycanın “Traxtur” futbol komandasını türk millətçiliyinin simvolu kimi təqdim edib.

Bu barədə Türkiyə milli komandasının keçmiş futbolçusu, Kocaelinin MHP-li (Milliyyətçi Hərəkət Partiyası) millət vəkili Saffet Sancaklı TBMM-də çıxış edib. “Traxtur” komandasını türk millətçiliyinin simvolu adlandıran millət vəkili bildirib ki, Güney Azərbaycanda “Traxtur” adlı futbol komandamız var. Onlar türklüyə bağlı və son dərəcə millətçidilər. “Traxtur” 80 min və ya 90 min nəfərlə görüş keçirir, oyunlarda türklərə aid milli şüarlar səsləndirilir.

“Traxtur”la Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı təklifə işarə edən S.Sancaklı, bu məsələnin yaxın gələcəkdə “Beşiktaş” klubunun məsulları ilə müzakirə olunacağını qeyd edib.

Keçmiş futbolçunun söhbətinə münasibət bildirən millət vəkillərindən biri, deputatlardan ibarət olan komanda ilə “Traxtur” arasında görüş keçirilməsini istəyib, S.Sancaklı isə ideyanı bəyəndiyini bildirib.

“Beşiktaş” komandası bu il Türkiyə futbol klublarının super liqa yarışlarının çempionudur.

“Traxtur” komandası, tərəfdarları türk millətinin milli və demokratik hüquqlarını stadionlarda gündəmə gətirdiyi üçün, Güney Azərbaycan Milli Hərəkatının səsinə çevrilib, komanda türk dünyasının ən çox tərəfdarı olan futbol takımı kimi də tanınır.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed