Şrift:
Braziliyada İran diplomatına silahlı hücum olub
04.05.2012 [11:03] - Hadisə
İran İslam Cümhuriyyətinin Braziliyadakı səfirliyində çalışan diplomat silahlı hücuma məruz qalıb.Hadisə kimliyi məlum olmayan 3 nəfər tərəfindən gecə saatlarında səfirliyin önündə baş verib. Bu barədə “Fars” xəbər agentliyi xəbər yayıb.Xəbərdə bildirilir ki, hadisəni törədən şəxslər İran diplomatının avtomobilini oğurlamaq istəyiblər. Lakin diplomat müqavimət göstərərkən oğrular ona atəş açıb. Nəticədə diplomat yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed