Şrift:
Sürücülərin nəzərinə: Bu lövhə sizi də çaş-baş sala bilər
12.06.2017 [10:22] - Bildiriş
Formula 1 yarışları ilə bağlı alternativ yolları göstərən yol lövhəsi vaxtından əvvəl qoyulub və üzəri örtülmədiyinə görə sürücüləri çaş-baş salır.

Maraqlı mənzərə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.

Formula 1 yarışlarına az müddət qalmış paytaxtda nəqliyyatın hərəkətini tənzimləyən yeni lövhələr qoyulur. Ancaq Xətai rayonunun Nobel prospektində vaxtından əvvəl qoyulan bu nişan sürücülərə kömək etməkdən çox çətinlik yaradır.

Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, formula 1 yarışı ilə bağlı qoyulan bu nişanlar yarışın baş tutduğu bütün trayektoriyalarda qoyulub və bu nişanların təsir müddəti iyunun 19-dan-26-dəkdir.

Buna görə də sürücülər həmin nişanları görən zaman çaşqınlıq yaşamasınlar.

Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed