Şrift:
ABŞ-da daha bir məhkəmə Trampın miqrasiya fərmanına qarşı çıxıb
13.06.2017 [10:53] - Siyasət
Daha bir ABŞ məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının əleyhinə qərar Bu barədə “New York Times” məlumat verib.

Qərar San-Fransisko şəhərinin məhkəməsi tərəfindən çıxarılıb. Bundan əvvəl analoji qərarı Riçmond şəhər (Virciniya ştatı) məhkəməsi çıxarıb. Ağ Ev qərarları Ali Məhkəmənin mühakiməsinə çıxaracaq.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub.

Martın 16-da ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed