Şrift:
“Urmu gölü ilə bağlı dövlətin yaydığı statistik məlumat həqiqəti əks etdirmir” – Azərbaycanlı millət vəkili
14.06.2017 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin millət vəkili Məhəmməd İsmail Səidi Urmu gölündə su səviyyəsinin 80 santimetrə qədər yüksəlməsini mövsüm yağışları ilə əlaqədar olduğunu deyərək bu barədə dövlətin yaydığı bir sıra statistik məlumatların real olmadığını bildirib.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili Urmu gölünün son vəziyyəti bağlı yeni açıqlama verib. “Bəzi statistik məlumatlarda Urmu gölündə su səviyyəsinin 5 dəfə artdığı qeyd olunur. Lakin bu belə deyil. Son illərdə Urmu gölündə su səviyyəsi 80 santimetrə qədər yüksəlib, bu da mövsüm yağışları ilə bağlıdır”- deyə o bildirib.

Məhəmməd İsmail Səidi Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti məsələsinə də toxunub. “Təxminən 100 nəfərin ölümü və xəsarət alması ilə nəticələnən daşqınlar, Urmu gölündəki suyun miqdarına təsir etdi. Ama dövlət ötən il Urmu gölü üçün lazımi büdcə vəsaitini təmin etmədi. Dövlət, göldə canlandırma prosesinin sürətlənməsi üçün icra orqanlarına məsələn, Şərqi Azərbaycan Su və Kanalizasiya idarəsinə də büdcə vəsaiti ayırmalı idi. Bütün hallarda cari ildə Urmu gölü üçün lazımi vəsaitinin ayrılacağına ümid edirik”- deyə millət vəkili vurğulayıb.

Son zamanlar Urmu gölünün son vəziyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilir, lakin bu açıqlamaların əksəriyyətinin həqiqəti əks etdirmədiyi qısa müddətdə üzə çıxır. Son günlərdə Sosial şəbəkələrdə Urmu gölü ətrafında duz fırtınalarının başladığını göstərən müxtəlif görüntülər yayılıb. Baharın ikinci ayından başlayan duz fırtınaları göldə vəziyyətin heç də müsbətə doğru dəyişmədiyinə işarədir.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed