Şrift:
İstanbulda 22-ci Dünya Neft Konqresi keçiriləcək
16.06.2017 [10:30] - Gündəm, İqtisadiyyat
Türkiyə Prezidenti administrasiyasının himayədarlığı ilə iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayacaq.

Dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçiriləcək konqresdə Azərbaycan da təmsil olunacaq.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcı tərəflərə təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed