Şrift:
Türkiyədə 23 həbçiyə ömürlük həbs cəzası kəsildi
16.06.2017 [10:45] - Gündəm, Hüquq
Ankara Məhkəməsi ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup hərbçiyə hökm oxuyub. "Anadolu" agentliyi xəbər verir ki, ilkin olaraq məhkəmə qarşısına 23 hərbçi çıxarılıb. Müttəhimlərə Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd və Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırğanın zorla saxlanılması ittihamları irəli sürülüb. Onlar, həmçinin, Kasırğanın təcili yardım maşınına yerləşdirilməsi və qiyamçıların qərargahının yerləşdiyi Akınçı aviabazasına gətirilməsində ittiham ediliblər.
İttiham edilən 26 müttəhimdən 23-ü ömürlük azadlıqdan məhrum edilib. İki nəfər bəraət alıb. Prezident Qvardiyasının keçmiş alay komandiri, polkovnik Muhsin Kutsi Barış isə 12 il həbs cəzası alıb.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed