Şrift:
MDB hökumət başçıları Aşqabadda 30 sənədi müzakirəyə çıxaracaq
05.05.2012 [11:45] - Xəbərlər, Bildiriş
MDB hökumət başçılarının mayın 30-da Aşqabadda keçiriləcək iclasında təşkilat çərçivəsində inteqrasiya əməkdaşlığının müxtəlif istiqamətləri üzrə 30 sənəd layihəsinə baxılacaq.
MDB İcraiyyə Komitəsinin xəbərinə görə, bu məsələlərin böyük əksəriyyəti iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı olacaq.
Müzakirə olunacaq sənədlər arasında MDB üzvü olan ölkələrin maliyyə xidmətləri bazarının liberallaşdırılması haqqında Konsepsiya, inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq sazişi, sənaye sahəsində əməkdaşlıq və MDB ölkələrinin sənaye siyasəti üzrə Şuranın yaradılması haqqında saziş layihələri də var.
Humanitar əməkdaşlıq sahəsində “2020-ci ilədək beynəlxalq gənclik əməkdaşlığı Strategiyası”nın reallaşdırıması üzrə 2012-2013-cü illər üçün tədbirlər planı, MDB ölkələrinin Turizm Şurası haqqında saziş layihələri müzakirəyə çıxarılacaq.
İclasın gündəliyinə təhlükəsizlik sahəsində genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı bir sıra sənədlər, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş, MDB ölkələri Silahlı Qüvvələrinin mühəndis təminatı sahəsində əməkdaşlıq haqqında saziş layihələri də iclasın gündəliyinə daxil edilib.
Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed