Şrift:
Azərbaycan iqtisadiyyatı 1% geriləyib
17.06.2017 [10:44] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 338,7 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Davam.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.
Hesabat dövründə adambaşına düşən ÜDM isə 2% azalaraq 2 610,3 manata düşüb.
Beş ay ərzində ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 41,1%-i və yaxud 14 918,5 mln. manatı qeyri-neft sektorunun, o cümlədən 14,4%-i və yaxud 3 638,4 mln. manatı qeyri-neft sənayesinin payına düşüb.
Son bir ildə qeyri-neft sektorunda ÜDM 2,3%, qeyri-neft sənayesində ÜDM isə 3,9% artıb.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed