Şrift:
Bərdədə daş salnamə aşkar edilib
17.06.2017 [11:09] - Mədəniyyət
Bərdə rayonunda daş salnamə aşkar edilib.
Davam.az “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə bildirir ki, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində subartezan quyusunun yaxınlığında tapılıb.
Hər iki üzərində müxtəlif işarələr və rəqəmlərin əks olunduğu daş salnamənin 2500 ilə yaxın yaşı olduğu güman edilir.
Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədi ilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə gətirilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev “Report”un yerli bürosuna bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.
Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.
Bu xəbər oxucular tərəfindən 10 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed