Şrift:
ABŞ esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində 7 nəfər itkin düşüb, xəsarət alanların sayı 3-ə çatıb
17.06.2017 [11:20] - Hadisə
ABŞ esminesinin Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfər çatıb.
Bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri xəbər verib.
Bildirlir ki, hadisə zamanı kapitan Bensondan başqa daha iki dənizçi xəsarət alıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Yokosukadakı hospitalına yerləşdirilmələrini tələb ediblər.
ABŞ-ın Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşmuş esminesinin 7 ekipaj üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Bu barədə "NHK" teleşirkəti məlumat yayıb. Qeyd edək ki, ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub. "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə üz-üzə gəlib.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed