Şrift:
Tramp Kuba ilə razılaşmanı ləğv edib
17.06.2017 [11:31] - Siyasət
ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib.

Bu barədə Tramp Mayamidə çıxış edərkən bildirib.

“Mən əvvəlki administrasiyanın qərarını tam şəkildə ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab verən razılaşma hazırlamağa çağırıb. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed