Şrift:
Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb
19.06.2017 [10:15] - Gündəm, Siyasət
“İpsos/Sopra Steria” sorğu şirkətinin ilkin hesablamalarına görə, Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda “İrəli, respublika” hərəkatı Milli Assambleyada 577 yerdən 355-ni əldə edib.

Qeyd edək ki, 1-ci turda eyni şirkətin sorğusuna əsasən bu rəqəm 415-455 arasında idi.

“Elabe” sorğu şirkətinin hesablamalarına görə isə “İrəli, respublika” hərəkatı Demokratik Hərəkat Partiyası (MoDem) ilə birlikdə 395-425 yer qazanıb. Həmçinin Respublikaçıların 125, Sosialistlərin 29-34, “Fəth edilməyən Fransa” hərəkatının Kommunistlərlə birlikdə 30, Milli Cəbhənin isə gözlənildiyindən daha çox - 8 yer əldə etdikləri bildirilir.

Parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizinin iştirak etməyib.

Fransa Daxili İşlər Nazirliyi seçkilərin rəsmi nəticələri sabah elan edəcək.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed