Şrift:
Azərbaycan ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyib
19.06.2017 [10:18] - Gündəm
Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasıda 82-ci yerə yüksəlib. Bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.
MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.
İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.
Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.
Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.
Bu xəbər oxucular tərəfindən 8 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed