Şrift:
İspaniya mətbuatı Ermənistanın Qarabağ cəbhəsindəki son itkilərindən yazır
19.06.2017 [10:26] - Xəbərlər, Hərb
İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazır. Məqalədə qeyd olunur ki, separatçı qurumun “müdafiə nazirliyi” son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib. Azərbaycan tərəfi isə ermənilərin 5 nəfər itki verməsini bəyan edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağını bəyan etməsindən bəhs edilir. Bildirilir ki, Azərbaycan ordusu iyun 19-dan 23-dək növbəti taktiki təlimlər keçirəcək.

Məqalənin sonunda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 10 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed